“Neftçi”nin futbolçusu Rəhman Hacıyev Azərbaycan Premyer Liqasının XIV turunda “Qarabağ”la oyundan (1:0) sonra fikirlərini bildirib.
Yeganə qolun müəllifi olan yarımmüdafiəçi qələbəni belə şərh edib:
“Qarabağ”la oyuna qələbə üçün çıxmışdıq. Bu xallar bizə lazım idi. Şükür Allaha ki, buna nail olduq. Komanda yoldaşlarıma, rəhbərliyə, bizə dəstək olan hər kəsə “çox sağ ol” deyirəm. Bizə dəstək oldular, biz də meydana çıxaraq əziyyət çəkib qələbə qazandıq. Qol vurduğum üçün də çox sevinirəm. Amma artıq bu oyun geridə qaldı, gələn oyuna hazırlaşacağıq”.
Zaqatala rayonunun Aşağı Tala kəndində intihar hadisəsi baş verib.
Musavat.com xəbər verir ki, 1992-ci il təvəllüdlü Sabit adlı kənd sakini dünən axşam saatlarında özünü asaraq həyatına son qoyub.
Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. Kənd sakinlərinin sözlərinə görə, Sabit Ağayev futbolla məşğul olurmuş.
Faktla bağlı araşdırma aparılır.
Şahanə Rəhimli
Musavat.com
UEFA Gənclər Liqasının əsas mərhələsinin 4-cü turunda keçiriləcək “Qarabağ” – “Çelsi” oyununun hakimi Dmitri Kubriak Rusiya - Ukrayna müharibəsinin iştirakçısı olub.